Psixologiya, sağlam yaşam və daxili potensial üzrə mütəxəssislərin çıxışları. TEDx formatında.
"INSUN X" tədbiri sağlam yaşamağın əsas prinsiplərini öyrənmək, daxili rahatlığı tapmaq və xoşbəxtliyi kəşf etmək istəyən hər kəs üçün fürsət təqdim edir.
Bu tədbir təkcə bədənimizi və zehnimizi sağlam saxlamayacaq, həm də daxili potensialımızı üzə çıxaracaq və həyatımıza məna qatacaq praktiki məlumat və texnikalar verəcək.
Psixologiya və sağlam yaşam istiqamətində fəaliyyət göstərən mütəxəssislərin fərdi çıxışları baş tutacaq. Həmçinin Türkiyədən olan tanınmış mütəxəssis Kemal Sayarın da çıxışı gözlənilir.
Türkiyənin tanınmış psixiatrı, yazıçısı və akademikidir. Psixologiya, insan ruhu, müasir həyatın psixoloji problemləri və mənəviyyat mövzularında yazıları ilə tanınır.
Marmara Universiteti Tibb Fakültəsinin professoru kimi çalışır. TRT televiziyasında psixologiya proqramları aparıb.
İnsun Yaşam Mərkəzinin Təsisçisi
Psixologiya və psixoterapiya sahəsində geniş təcrübəyə malik olan Xədicə Həbibullayeva həkim, psixoloq və psixoterapevt kimi fəaliyyət göstərir.
Onun çıxışı daxili sağlamlıq, emosional tarazlıq və şüurlu yaşam mövzularını əhatə edəcək.
25 İyun 2026 · Nizami Kino Mərkəzi · Bakı